BDU-nun tələbəsi Türkiyədə zəlzələ nəticəsində zərərçəkmişlərə yardım edib

BDU-nun tələbəsi Türkiyədə zəlzələ nəticəsində zərərçəkmişlərə yardım edib Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin 1-ci kurs tələbəsi, 17 yaşlı Nazim Həsənov örnək addım atıb. Belə ki, əlaçı tələbə Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə yardım fonduna Ziraat bankının Bakı ofisi vasitəsi ilə ilk təqaüdünün 1-ci ayının tam - 175 manat məbləğini köçürüb.
Azərbaycan tələbə gənclərinin insanlığa, Türkiyəmizə sevgisinin bariz nümunəsidir.
N.Həsənovun atası Vəfa müəllim 8 il əvvəl qəflətən ürəktutmadan dünyasını dəyişib. Babasının himayəsində böyüyən Nazim 2022-ci ildə orta təhsilini İdrak Liseyində əla qiymətlərlə bitirib. Həmin il qəbul imtahanlarında 610 bal toplayaraq BDU-nun hüquq fakültəsinə qəbul olub. 2023-cü il qış imtahan sessiyasında 1-ci kursun 1-ci semestrinin bütün imtahanlarından yüksək nəticə toplayaraq əlaçı olub.
Gələcəyin hüquqşünası N.Həsənov vətənpərvər gənclərimizdən biridir. O deyir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməsi, Zəfər Günü həyatında ən sevindirici gün olub. Arzusu 18 yaşı tamam olanda Şuşaya səfər etmək və sona qədər əlaçı olmaqla BDU-nu fərqlənmə diplomu ilə bitirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər