Məşhur aparıcı Azərbaycan haqda sənədli film çəkdi

Məşhur aparıcı Azərbaycan haqda sənədli film çəkdi Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Əsra Gəzginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib.
Sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir.
Əsra Gəzgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.
Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan Ə.Gəzginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Film aprelin-2-də Azərbaycan İctimai Televiziyasının efirində də yayımlanacaq.
Daha öncə filmin ilk bölümü yayınlanmışdı.

Tehsil-press.az




Oxşar xəbərlər