"Rusiya vətənpərvərlərinin işi başından aşır: satqın artistlərin hamısı aşkar edilib, növbə oliqarxlarındır..."
"Mühacirət edənlər tərəfindən ən böyük tələbat Kipr və İsrail pasportlarınadır, ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə BƏƏ və Kanadadır..."
Ukrayna ilə müharibə şəraitində bir çox rusiyalı məmurlar və müxtəlif çinli rəhbərlər ictimaiyyətin gözlərində öz imicləri ilə bağlı narahatlıq keçirməyə başlayıb.
Kifayət qədər vətənpərvər olmamaqda şübhəli bilinməmək üçün onlar Rusiyanın mədəni, ideoloji, virtual-maddi dəyərlərinin keşiyində maksimal olaraq ayıq-sayıq dayanır, azacıq şübhələr olduqda bununla məşğul olmaq və ya sağlam düşüncəyə köklənmək əvəzinə, göstəriş verməyi, üstünü açmağı və ya qadağan etməyi üstün tuturlar.
Rostov-Don administrasiyasının rəhbəri Aleksey Loqvinenko "RİA-Novosti" agentliyinə raport verib ki, şəhərdə etibarsız və Ukraynada müharibəni dəstəkləməyən artistlər Ani Lorak, Valeri Meladze və Aleksandr Revvanın konsertləri ləğv edilib.
"Şəhər administrasiyası hələ ötən ilin yayında konsertlərin təşkilatçılarına öz sərt mövqeyini və şəhər sakinlərinin fikrini çatdırıb, - o, deyib. - Ani Lorakdan başqa, DDT, "Maşina vremeni" qrupları, Valeri Meladze və Aleksandr Revvanın konsertləri ləğv edilib.
Bundan öncə bəlli olub ki, Krasnodar hakimiyyəti Ani Lorakın 27 aprelə planlaşdırılan konserti ləğv edilib, hərçənd, müğənni vətənindən birdəfəlik üz döndərməsi barədə bəyanatla çıxış edib.
Eyni zamanda, vətənpərvər ruhlu sosioloq, jurnalist, Dövlət Dumasının sabiq deputatı və Avrasiya İqtisadi İttifaqının inkişaf problemlərinin öyrənilməsi İnstitutunun direktoru Vladimir Lepexin özünün "Telegram-kanal"ında etibarsız rusiyalı milyardçıların ovuna çıxıb.
Onun məlumatına görə, Rusiyanın 100 ən zəngin oliqarxlarından 40 nəfəri Putinə xəyanət edib, onlar dost olmayan ölkələrin vətəndaşlarıdır. "Brilyant yüzlüyün" 57 nəfərinin ikili və ya üçlü vətəndaşlığı var, 68 nəfəri mühacirətə hazırlıq mərhələsindədir.
Lepexin bəyan edir ki, onlar artıq öz ailələrini xaricə aparıb və özlərinin də rahat şəkildə mühacirət etməsini gözləyir. Bu zaman 100 nəfərdən 83 nəfəri özəlləşdirmədən sərvətləri əldə edib, 87 nəfər məmurlarla sıx əlaqəlidir. Buna uyğun olaraq ekspert bu nəticəyə gəlir ki, onların legitimliyi suallar doğurur.
"Onların cəzalandırılması ilə iş bitməz. Elitaları əsaslı şəkildə dəyişmək lazımdır. Bu, Rusiyanın sivilizasiya kimi sağ qalmasının həlledici şərtidir", - Lepexin deyir.
Öz növbəsində "Ravenstvo. Media" kanalının müəllifləri qeyd edir ki, "şəxsi gələcəyi və ya varislərin taleyi xariclə əlaqəli olduğu" adamların ümumi sərvəti 393 milyard dollar təşkil edir, "Kredit Suiss"-in məlumatına görə, bu qədər də sərvət 77 faiz daha az təminatlı ev təsərrüfatlarının və ya 113 milyon rusiyalıların payına düşür.
Bu zaman ən çox "tələbat" Kipr və İsrail pasportlarınadır, ikinci yerdə populyarlığına görə Böyük Britaniya, üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri və Kanadadır.
Artıq doqquz milyardçı doğma ölkəsinin vətəndaşlığından imtina edib, onların arasında "Qazprom"un top-meneceri Nikolay Storonskinin oğlu Yuri Milner və "Tinkoff-bank"ln təsisçisi Oleq Tinkov da var.
"Roman Abramobiç fəal şəkildə əslində Rusiyanın təslim olacağı Ukraynada "sülhə" lobbiçilik edir, - "Ravenstvo" nəşri yazıb. -O, mart ayında İstambulda danışıqlara dəstək olub, bundan sonra Rusiya Silahlı Qüvvələri Kiyev və Çerniqovdan geri çəkilib.
Sentyabrda 55 rusiyalı əsir və Medvedçuka "Azov" yaraqlılarına və xarici muzdlulara dəyişilməsinə dəstək olub. Sonuncuları o, şəxsi təyyarəsində aparıb, hər birinə "Ayfon" hədiyyə edilib. Abramoviç həmçinin "Çelsi"nin satışından 2, 5 milyard funt sterlinqi Ukraynada müharibə qurbanlarının yardım fonduna köçürməyi vəd edib.
Nəhayət, "Ravenstvo" diqqəti ona cəlb edib ki, 10 nəfərdən 7-si İsrail vətəndaşıdır. Bunlar Mixail Fridman (sərvəti 13, 2 milyard dollar), Vyaçeslav Kantor (13 milyard dollar), Mixail Proxorov (11, 3 milyard dollar), German Xan (8, 7 milyard dollar), Roman Abramoviç (8, 6 milyard dollar) və İqor və Dmiyri Buxman qardaşlarıdır (hərəsinin 8, 1 milyard dollar).
Tehsil-press.az