İngiltərədə ürək dayanması səbəbindən bir neçə dəqiqə həyatını itirən və daha sonra həyata qaytarılan Kevin Hill adlı şəxs bütün dünyanı təəccübləndirib.
O, açıqlamasında dünyasını dəyişdiyi anlardan xəbərdar olduğunu bildirib.
Kevin Hill onu xilas etməyə çalışan tibb işçilərinə baxdığını xatırladığını, lakin öldüyünü bilmədiyini deyib: "Mən bilirdim ki, ölmək vaxtım deyil. Mən öldüm və dirildim".
Bəs görəsən, tibbi baxımdan belə bir şey mümkündürmü? İnsan öləndən sonra necə diirlə bilər? Bu hadisənin elmi açıqlaması varmı?
Yenisabah.az bununla bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosent Aydın Əliyevlə söhbətləşib. O, təbiətdə bəzən bu cür hadisələrin baş verdiyini deyib.
Həkim bunun asan tibbi izahı olduğunu bildirib: Əgər bədən sağlamdırsa, patoloji hallara müqavimət göstərməyi bacarır və bu cür “ölüb-dirilir”:
“Təbii ki, bu hadisələr təbiətdə baş verir. Biz də insan olaraq təbiətin bir hissəsiyik, düşünən canlı varlığıq. Bu cür hadisələr zaman-zaman baş verə bilir və bunun sadə bir izahı var. İnanın bədəninin energetik gücü var, bu da düşüncələrimizə, işimizə sərf olunur və burada bütün orqanlarımızın sağlamlığı məsələsi daha sonra isə genetikamız gəlir. Bunların hamısı sağlam olduqda, hər hansı patologiyadan bədənin zəifləməsi, düşməsi, kollapt vəziyyət olduqda belə hallar ola bilər. Bütün orqanlar, hormonlar, sinir sistemi əlaqəli olaraq sağlam olduqda, birlikdə işlədikdə, biri digərinin işinə maneə törətmədikdə bu cür hadisələr yaşana bilir.
Təbii ki, biz daima nəyisə düşünürük, analiz edirik, amma bilmək lazımdır ki, belə hadisələr təbiətdə var. Bəzən görürsünüz ki, deyirlər filankəs qəbirə basdırıldı, amma geri qayıda bildi, qəbirdə dirildi və s. Bu, insanın bədəninin sağlamlıq dərəcəsinin göstəricisidir. Belə insanlar var. Burada izahlar sadədir. El arasında deyirlər ki, “hələ ölümü yoxdur”, amma biz “həkim dilində” deyirik ki, bədənin sağlamlığı, immun sistemi güclüdür deyə, patoloji hallara qalib gələ bilir, insan sağlamdır. Ona görə sözügedən Kevin Hill kimi hətta şüurlu şəkildə sonradan çıxıb açıqlama verir ki, prosesləri belə gördüm, ruhumu gördüm və s. Təbiətdə belə şeylər olur”.
Tehsil-press.az