Mozambikdə Freddi qasırğasından sonra vəba yayılıb

Mozambikdə Freddi qasırğasından sonra vəba yayılıb Mozambik güclü Freddi qasırğasından sonra artan vəba epidemiyası ilə üzləşib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin məlumatına görə, martın 27-nə kimi Mozambikin səkkiz əyalətində 19 mindən çox təsdiqlənmiş vəba hadisəsi qeydə alınıb ki, bu da bir həftə ərzində təxminən iki dəfədən çox artım deməkdir.
Qeyd edək ki, Freddi beş həftədən çox davam edib və Mozambiki iki dəfə hədəfə alan ən uzun ömürlü siklon olub. Tropik qasırğa Mozambikdə 165, Madaqaskarda 17, Malavidə 676 nəfərin həyatına son qoyub.

Tehsil-press.az


Oxşar xəbərlər