Britaniyalı nazir qaydanı pozduğuna görə cərimələndi

Britaniyalı nazir qaydanı pozduğuna görə cərimələndi Böyük Britaniyada immiqrasiya üzrə nazir Robert Jenrik 6 ay avtomobil idarə edə bilməyəcək.
Buna səbəb Jenrikin ötən ilin avqustunda Londonu ölkənin şimalındakı Lids şəhəri ilə birləşdirən M1 avtomobil yolunda sürət həddini 40 mil (təxminən 65 kilometr) pozmasıdır.
Məhkəmədə saatda 68 mil (təxminən 110 kilometr) sürətlə getdiyini etiraf edən Jenrik, altı ay qadağa və 1639 funt sterlinq cərimə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər