"İslam İnqilabını hər tərəfə yaymaq və müsəlmanların yaşadıqları bütün məkanlarda Tehran hakimiyyətinə rəğbətlə bahəm, sözlərimizə sözsüz riayət, məsləhətlərimizə icra və mövqelərimizin daha səbatlı olması üçün tərəfdarlarımızın sayını artırmaqla məşğul olmalıyıq".
İrandakı klerikal rejimin ən nüfuzlu simalarından biri, cənubdakı qonşumuzun dövlət idarəetmə sistemi olan "vilayəti-fəqih"in ən sərt ideoloqları arasında yer alan ayətullah Məhəmməd Fazil Lənkərani illər əvvəl belə deyib.
Onun “Əl-Əhkamul-vazihə” əsərində də bu barədə geniş izahat var.
Heç təsadüfi deyil ki, Azərbaycanla yanaşı, soydaşlarımızın çoxsaylı yaşam sürdükləri Rusiya ilə Gürcüstanda da bu əsərin "şərh"lərindən biri sayılan "Mötəmədül-üsul"a əsaslanan iranlı "din xadimləri" Tehranın təsir dairəsini artırmaq üçün malik olduqları bütün vasitələrdən istifadə edirlər.
Tehrandakı mollakratiya rejiminin xüsusilə fəal olduğu ölkələrdən biri qonşu, dost və qardaş Gürcüstandır.
Gürcüstanın soydaşlarımızın kompakt yaşadığı bölgələrində Tehran rejiminin onlarla emissarı çalışır.
Onların birbaşa nəzarətində olan şəxslərin, yəni yerli dindarlar arasında radikal təriqətçilik təbliğatı aparan iranpərəstlərin vasitəsilə fəaliyyətlərini genişləndirməyə can atırlar.
Geniş şaxələnmiş, Tehrandan alınan maliyyə əsasında fəaliyyətini quran və İrandan idarə olunan strukturların idarə olunmasında əsas yeri İranın "İmdad Xomeyni" təşkilatı tutur.
Sözügedən təşkilatı Tbilisidə, Marneulidə, Borçalıda və Qaraçöpdə xüsusilə aktivdirlər.
Məsələn, "Zeynəb" və "Fatimə" adlı təşkilatlar irançılığın, ABŞ və İsrailə nifrətin, Azərbaycanın mövcud hakimiyyətinə qarşı çıxışların edilməsinin təblğatı ilə məşğuldur.
Gürcüstan Müsəlman İdarəsinin ilk şeyxi Vaqif Əkbərovun vəzifəsindən kənarlaşdırılmasında məhz "İmdad Xomeyni"nin Tbilisidəki emissarları müstəsna rol oynamışdılar.
İslam dini ilə pərdələnən iranlı emissarlar Gürcüstandakı dindar soydaşlarımız arasında verbovka etdikləri şəxslər vasitəsilə məzhəbçiliyi təbliğ etməklə yanaşı, azərbaycanlıları dini-psixoloji cəhətdən tam təsir altına salaraq kontrolda saxlamağa çalışırlar.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi situasiyadan xəbərdar olsa da, İranın ölkədəki fəaliyyətinin qarşısını tam və effektiv şəkildə ala bilmir. İlkin mərhələdə çıxış yolu kimi Gürcüstandakı azərbaycanlı icması üçün din xadimlərinin elə Gürcüstanın özündə hazırlanması, yaxud Bakıda müvafiq dini təhsil almış şəxslərin ölkəyə dəvət edilərək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə fəaliyyət göstərən məscidlərə təyinatı nəzərdən keçirilir.
Problem isə çox ciddidir. Belə ki, son hesablamalara görə, hazırda Gürcüstanda İran sərmayeli 12783 struktur, qurum və şirkət fəaliyyət göstərir.
Onlar Gürcüstanda İranın dəstəyi ilə fəaliyyət göstərən təşkilat və məscidlərin maliyyələşməsində ciddi rol oynayırlar.
Hazırda qonşu ölkədə İranın Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı filialı, Tbilisi şəhərinin Soğanlıq (Poniçala) qəsəbəsindəki “Rəsul-Əkrəm”, Marneulidəki “İmam Rza” və “Həzrəti Zəhra” mədrəsələri (hər üç mədrəsə İranın sözügedən Əl-Mustafa universitetinə bağlıdır, oradan dəstəklənir), Marneulidəki “Əhli-beyt” cəmiyyəti, “Əhli-beyt” cəmiyyətinə daxil olan “Əhli-beyt Aşiqləri” forumu və “Zeynəb Qadınlar Birliyi”, Soğanlıqdakı “Əhli-beyt” məscidi, Rustavidəki “İman” təşkilatı, Qardabanidəki “Əhli-beyt Hikməti” cəmiyyəti, Marneulidəki “Gürcüstan İslam Araşdırmaları Mərkəzi”, Marneulidəki “İmam Əli” məscidi və “İmam Əli” fondu, Marneulidəki “İbrahim Müctəba (Gənclər) Birliyi”, habelə İranda Gürcüstandan olan və dini sahədə təhsil alan azərbaycanlı tələbələrin 2021-ci ildə təsis etdikləri “Gürcüstanlı Qum Tələbələr Birliyi” və s. aktiv fəaliyyətdədir.
İranın bilavsitə dəstəklədiyi “ahlibeyt.ge”, “imanmedia.ge” və “giam.ge” saytları isə rəsmi Tehranın doktrinal ideologiyasının təbliğatı, Azərbaycanda daxili siyasi vəziyyətə qarşı yönəlmiş təşviqatla məşğuldu.
Tehran rejimi Gürcüstandakı soydaşlarımızın din pərdəsi altında idarə olunması və xüsusilə də "vilayəti fəqih" ilə ekstremist-terrorçu "Hizbullah" idefikslərinin təbliğatı üçün emissarlarını sürəkli olaraq qonşu ölkəyə yollayır.
Məsələn, bu ilin yanvarın 16- da İranın “Ümumdünya Əli-Beyt Assambleyası”nın baş katibi ayətullah Rza Ramazani Gürcüstanda beşgünlük səfərdə olub. Səfər əsnasında o, Tbilisidə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan patriarxının adından Qori və Aten mitropoliti Andreylə görüş keçirib. Daha sonra R.Ramazani Qardabani şəhərində “Əl-Hikmət” mərkəzində “Əhli-Beyt Hikməti” adlı təşkilat tərəfindən təşkil edilmiş tədbirdə, Marneuli şəhərində “Əhli-Beyt Gürcüstan” cəmiyyətinin ofisində, Marneulidə “İmam Əli” və “İmam Hüseyn” məscidlərində, eləcə də Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsindəki “Əhli-Beyt” məscidində yerli azərbaycanlılarla görüşlər keçirib.
Sonda R.Ramazani Marneuli rayonundakı “Gülbahar” restoranında “İmam Əli” məscidinin axundu Hacı Hacıyevin valideynlərinin yas mərasimində də iştirak etmişdi.
Səfərin ən "maraqlı" məqamlarından biri ayətullah Ramazanini İranın qonşu ölkədəki "əsas adamı" sayılan Mirtağı Əsədovun müşayiət etməsi idi.
Rəsmi Tehran Azərbaycanda "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırova necə stavka edirdisə, Gürcüstanda da M.Əsədovu həmin ampluada görür.
Daha konkret olsaq, "Hizbullah" ideologiyasının Gürcüstandakı soydaşlarımız arasında təbliğatında və yayılması işində Tehrandakı klerikal rejimin M.Əsədovla bağlı ümidləri böyükdür.
2011-ci ildə Gürcüstan Qafqaz Müsəlmanları İdarəsinin təsirindən rəsmən çıxarılandan sonra Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsini yaradılmışdı. Lakin rəsmi Tbilisi bu qurumun rəhbəri postuna uzun illər Acarıstanda imam olmuş Camal Paksadzeni təyin edərkən ciddi səhvə yol verdi. Tehran rejimi bu təyinat faktını dərhal "Gürcüstanda dindar azərbaycanlıların maraq və mənafeləri nəzərə alınmar, səsləri eşidilmir" kimi qələmə verməyə başladı.
Bir il sonra, 2012-ci ildə Qafqaz Müsəlmanlar İdarəsinin Tbilisidə nümayəndəliyi açılsa da, İranın təsir dairəsi artıq genişlənmişdi və Tehran Gürcüstandakı soydaşlarımız arasında dini təbliğatla təşviqata xərclədiyi maliyyə vəsaitini ildə 18 milyon dollara çatdırmışdı.
Məhz Tehranın diqtəsi, maliyyəsi və dəstəyi ilə Mirtağı Əsədov Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini yaradaraq sədr oldu.
O, İrandan alınan təlimatlar əsasında Gürcüstandakı soydaşlarımız arasında məzhəb ayrı-seçkiliyini alovlandırmağa başladı və "Əhli-beyt eşqi ilə fəaliyyət göstərdiyini" bəyan etdi.
Gerçəkdə isə M.Əsədov aşkar şəkildə "Hizbullah", "vilayəti-fəqiz" və Xomeyniçilik idefikslərinin təbliğatı ilə məşğul oldu, prosesi indi də davam etdirir.
Yenə də Tehrandan alınan göstərişlərə uyğun hərəkət edən M.Əsədov Gürcüstandakı soydaşlarımızın bölünməsini, şiə və sünni müsəlmanlanın tam ayrı, fərqli dini idarələrdə və icma strukturlarına malik olmasını tələb edir.
Rəsmi Tbilisi bu absurd tələbi qəbul etməyəndə isə Tehran rejimi M.Əsədova Gürcüstandakı müsəlmanların Təmsilçilik Şurasında yer almasını tapşırdı.
Əsədov əmrə əməl etdi, amma tələbindən əl çəkmədiyni bəyan etdi.
Hazırda Marneulidəki "İmam Əli" məscidi, Borçalıdakı “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl Mustafa Beynəlxalq Universiteti”və s. qurumlar açıq-aşkar şəkildə məzhəb bölgüsünü aparmaq, soydaşlarımız arasında dini zəmində qarşıdurma yaratmaq istəyi ilə fəaliyyətlə məşğuldur.
İlk baxışdan paradoksal görünsə də, Tehran rejimi Gürcüstandakı soydaşlarımız arasında təblğat işində Gürcüstandakı Yevangelist-Baptist Kilsəsinin baş keşişi Malkhaz Sonqulaşvilidən də istifadə edir. İş o yerə çatıb ki, M.Sonqulaşvili baptist xristian olsa da, "İmdad Xomeyni"dən aldığı maliyyə vəsaitinə görə hər il (!) İraqın Kərbəla şəhərində İranın rəhbərliyi və tam nəzarəti ilə təşkil edilən Ərbəin mərasiminə qatılır.
M.Sonqulaşvilinin təlimatçısı, habelə M.Əsədova ayrılan maliyyə vəsatinin nəzarət və təftiş səlahiyyətlərinə malik olan şəxs isə İranın Qum şəhərindəki Beynəlxalq Əl Mustafa Açıq Universtetinin Gürcüstandakı nümayəndəliyinin sədri Davud Rza Zahiridir.
Borçalı və Qaraçöpdəki məscidlərlin, dini təşkilatların və cəmiyyətlərin istisnasız olaraq hamısı D.Zahirinin kurasiyasındadır. Onun əsas məqsədir Gürcüstandakı soydaşlarımız arasında İran təbliğatı aparmaqla yanaşı, Tehrandan müvafiq təlimat alınacağı təqdirdə "dərhal hərəkətə keçə biləcək" dəstələr formalaşdırmaqdır.
... Gürcüstandakı soydaşlarımız Tehranın klerikal rejiminin çox ciddi, genişmiqyaslı və şəbəkələnmiş təsirinə məruz qalıb. Rəsmi Tbilisi bunu nəzərə almalı, təxirəsalınmaz addımlar atmalıdır.
Tehsil-press.az