Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan “Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” tədqiqat layihəsi uğurla icra edilir. Universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən layihədə UDS əlaqələrində iştirak edən müxtəlif tərəflərin rəyi öyrənilib.
Bu barədə UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində professor-müəllim heyəti ilə keçirilən sorğuda müxtəlif sahə və qurumları təmsil edən 330-dan çox mütəxəssisin Azərbaycanda UDS əlaqələrinə baxışı öyrənilib. Eyni zamanda, sorğu çərçivəsində 11 ali təhsil müəssisəsi və 2 elmi-tədqiqat institutunu təmsil edən 14 rəhbər şəxslə elit intervü tipli sorğu aparılıb, müxtəlif nazirlik və dövlət qurumlarını təmsil edən 15 rəhbər şəxsin rəyi öyrənilib. UDS əlaqələrində iqtisadi oyunçuların Azərbaycanda mövcud vəziyyətə baxışı 15 istehsal-xidmət müəssisəsi və 14 startapın rəhbər şəxslərlə sorğu əsasında ölçülüb. Bundan əlavə, Azərbaycanda UDS əlaqələrində cari vəziyyəti beynəlxalq təcrübəyə istinadən təhlil etmək üçün əsasən müxtəlif xarici ölkələrdə aparıcı müəssisələrdə çalışan azərbaycanlı mütəxəssislər olmaqla 14 ekspertlə sorğu keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində UDS əlaqələrində bütün tərəflərin – universitetlər, dövlət qurumları və iş dünyası təmsilçilərinin rəyi öyrənilməklə problemin həlli istiqamətində praktiki əhəmiyyətli təkliflərin hazırlanılması nəzərdə tutulur. Sorğu və intervülər əsasında yığılan informasiya müxtəlif təhlil metodlarından istifadə olunmaqla öyrəniləcək. Tədqiqatdan əldə olunan nəticələrin kollektiv monoqrafiya şəklində nəşr olunması və əlaqədar tərəflərin iştirakı ilə açıq müzakirəyə çıxarılması planlaşdırılır.
Tehsil-press.az