Universitet-dövlət-sənaye əlaqələrində alimlərin rəyi öyrənilir

Universitet-dövlət-sənaye əlaqələrində alimlərin rəyi öyrənilir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan "Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?" tədqiqat layihəsi icra olunur. Layihə universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin ən vacib komponentlərindən biri Azərbaycanda professor-müəllim heyətinin ölkədə UDS əlaqələrinin cari vəziyyəti haqqında fikirlərini öyrənmək və inkişaf imkanları ilə bağlı təklifləri ilə tanış olmaqdır.
Bu barədə UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində bütün tərəflərin – universitetlər, dövlət qurumları və iş dünyası təmsilçilərinin rəyi öyrəniləcək. Bu məqsədlə qeyd olunan tərəfləri təmsil edən məsul şəxslər arasında elit intervülərin keçirilməsi nəzərdə tutulur. Professor-müəllim heyəti arasında rəy sorğusu UDS əlaqələrində aparıcı rol alan elm adamlarının rəyini öyrənmək məqsədi daşıyır.
Sorğuda https://docs.google.com/forms/d/1kcDMuxEORXDN_MpQwgB4muzisDynPBG8WrR1GdA8UTI/edit linki vasitəsilə iştirak etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər