Texniki Universitet: Pilot layihə çərçivəsində sorğuların keçirilməsi başa çatıb

Texniki Universitet: Pilot layihə çərçivəsində sorğuların keçirilməsi başa çatıb “İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərar qəbuletmə mexanizmlərinin işlənməsi” pilot layihəsi üzrə Qobustan və Abşeron rayonunun seçilmiş yaşayış məntəqələrində fevralın 26-dan başlanılan sorğular başa çatıb. Sorğuda 709 sakinin rəyi öyrənilib.
Sorğu üzrə əldə olunan nəticələr əsasında sözügedən ərazilərdə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üzrə mövcud problemlər müəyyən ediləcək və onların həlli istiqamətində tədbirlər planı hazırlanacaq.
Qeyd edək ki, sorğunun keçirilməsinə Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsində bakalavr və magistratura səviyyələrində təhsil alan 12 tələbə cəlb olunub. Sorğuda iştirak etməzdən əvvəl “ERA Marketing Center” şirkətinin təlimçiləri anketin doldurulması üçün müvafiq proqram təminatından istifadə qaydaları haqqında tələbələrə təlim keçib.
Pilot layihəni aprel ayında başa çatdırmaq planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər