Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün Təhsil İnstitutu tərəfindən keçiriləcək təlimlərə qeydiyyat müddəti aprelin 20-dək uzadılıb.
Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil olunacaq. Təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, tədrisin idarə edilməsi, peşə etikası və s. kimi mövzuları əhatə edəcək.
Təlim iştirakçıları pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər. Ödənişli əsaslarla keçiriləcək təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilərlər. Sonda Təhsil İnstitutu tərəfindən iştirakçılara sertifikatlar veriləcək.
Qeydiyyatdan keçən şəxslərə proqram və ödənişlə bağlı ətraflı məlumat göndəriləcək.
Tehsil-press.az