Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Yuxunun insan həyatındakı rolu” mövzusunda təlim təşkil edib.
Tədbir iştirakçılarına yuxularla bağlı elmi yanaşmalar, yuxu rejiminin pozulmasının insan psixologiyasına təsiri, yaratdığı fəsadlar barədə məlumat verilib. Yuxularla bağlı tarix boyu söylənmiş fikirlər, yuxu simvolları haqqında məlumatlar təhlil və müzakirə edilib. İştirakçılara bəzi universal simvolların mənaları izah olunub. Z. Freyd, K. Q. Yung və E. Fromm kimi alimlərin yuxularla bağlı fikirləri diqqətə çatdırılıb.
Təlimin sonunda həm yuxu, həm də nağıllardakı simvolların izahi ilə bağlı iştirakçılara əvvəlcədən göndərilmiş materiallar təhlil edilib.
Tehsil-press.az