BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda növbəti təlim

BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda növbəti təlim Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Valideyn-övlad münasibətləri” mövzusunda növbəti təlimini keçirib.
Təlimdə 20 tələbə və əməkdaş iştirak edib.
Təlim zamanı moderator və iştirakçılar arasında “Övladın ixtisas seçimində valideynin rolu”, “Valideynlərin öhdəlikləri”, “Ailələrdə fiziki və mənəvi şiddətin övlad-valideyn münasibətlərinə təsiri”, “Mentalitetin ailə münasibətlərinə təsiri” və digər mövzularda müzakirələr aparılıb.
Təlimlərin hər həftə keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər