ATMU-nun əməkdaşları beynəlxalq ali məktəblərin təcrübəsini öyrənirlər

ATMU-nun əməkdaşları beynəlxalq ali məktəblərin təcrübəsini öyrənirlər Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Polşanın Varşava Universitetinin təşkilatçısı olduğu seminarlarda iştirak ediblər.
Seminarlarda əsasən muzeyşünaslıq və turizm istiqamətli fənlərin tədrisində müasir metodlardan istifadə olunması, mədəni irsin qorunması sahəsində Polşa təcrübəsinin öyrənilməsi, eləcə də sənaye ilə əməkdaşlıq əsasında ali təhsil müəssisələrində müvafiq sahə üzrə kadr hazırlığı səviyyəsinin yüksəldilməsi məsələləri diqqətdə saxlanılıb.
Tədbir iştirakçıları layihə üzrə icrası yekunlaşan fəaliyyətin dinamikası, ilkin nəticələrin təqdimatı və nəzərdə tutulan tədbirlərə də münasibət bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər