ATMU-da universitet-sənaye əməkdaşlığı möhkəmlənir

ATMU-da universitet-sənaye əməkdaşlığı möhkəmlənir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Destinasiya menecmenti təşkilatları və turizm informasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirə-dərs saatı təşkil olunub.
İçərişəhərdəki və Şəkidəki turizm idarələrinin fəaliyyətinə həsr olunan müzakirə-dərs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzinin direktor müavini Səbinə Yadullayeva və ATMU-nun Menecment kafedrasının dosenti Arzu Hüseyn tərəfindən aparılıb.
Universitet-sənaye əməkdaşlığı çərçivəsində keçirilən dərsdə ATMU-nun turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər