Turizm və Menecment Universiteti “Erasmus+” proqramı çərçivəsində “PICASP” layihəsinin konsorsiumunda yer alıb

Turizm və Menecment Universiteti “Erasmus+” proqramı çərçivəsində “PICASP” layihəsinin konsorsiumunda yer alıb Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəmilləlləşmə sahəsində daha bir layihəyə qoşulub. Belə ki, ATMU İtaliyanın D’Annuntsio Universitetinin (Kyeti-Peskara) təşəbbüsü olan “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” adlı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Eramus+” KA 2” layihəsinə tərəfdaş ölkə universiteti kimi müraciət edib və müsabiqədə uğur qazanıb.
2021-2024-cü illərdə icrası nəzərdə tutulan layihənin məqsədi açıq ödənişsiz onlayn kurslardan (MOOCs) istifadə edilməklə təşkil olunacaq pilot kurslar vasitəsilə kiçik və orta sahibkarlıq mövzularını tədris edən müəllimlərin səriştələrinin artırılması, onların yeni metodologiya və tədris üsulları ilə tanış edilməsidir.
Layihə çərçivəsində ATMU ilə yanaşı Xəzər Universiteti və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, eləcə də Rusiya və Qazaxıstanın bir sıra ali təhsil müəssisələri tərəfindən İtaliya, Polşa, habelə Litvanın ali təhsil ocaqları və ixtisaslaşmış qurumlarının qeyd olunan sahədə təcrübəsinin öyrənilməsi nəzərdə tutulub.
Layihədə ATMU-nu Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov, Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Fərid Cabbarlı, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və Azərbaycan-Avstriya Turizm Proqramının koordinatoru Elmira Fərzəliyeva və layihə koordinatoru, Elm və innovasiya şöbəsinin bölmə rəhbəri Faina Qaçabəyova təmsil edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər