Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı keçirilir.
Professor və müəllimlərin, tələbələrin, müvafiq qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən institutun prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışan M.Mürsəlov Ümummilli Liderin dini tolerantlıq məsələlərinə daim xüsusi diqqət göstərdiyini deyib. O, dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın dövlətçilik tarixindən danışıb, müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyaya tanınmasında dahi rəhbər Heydər Əliyevin misilsiz rolunu vurğulayıb.
M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinə böyük əhəmiyyət verdiyini qeyd edib, Ümummilli Liderin irsinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb. O, ölkəmizdə din, söz, mətbuat azadlığı üçün bütün imkanların yaradıldığını deyib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, professor Şahlar Əsgərov və digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, ideyalarının əhəmiyyətindən, Ulu Öndərin din sahəsinə qayğısından bəhs ediblər.
Konfransda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”, “Tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi”, “Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri”, “Dünyada dövlət-din münasibətləri modelləri”, “Qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq”, “Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı”, “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” və digər mövzularda məruzələr dinləniləcək.
Tehsil-press.az