Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri keçirilib.
Müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünyaşöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub.
Əvvəlcə müsabiqə-festivala qatılan qaliblərin rəsm işləri sərgisi ilə tanışlıq olub, mərkəzin bədii kollektivlərinin ifasında türkdilli xalqların rəqsləri nümayiş edilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə-festivalın çox maraqlı və əhəmiyyətli mövzuya həsr olunduğunu söyləyib, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından söz açıb. O, dahi Nizaminin Azərbaycanın dünyaya bəxş etdiyi mütəfəkkir şair olduğunu qeyd edib. Nizami irsinin təbliğinin əhəmiyyətini diqqətə çatdıran nazir müavini gənclərin onu mənimsəməsinin, məktəblilər arasında şairin yaradıcılığının daha geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb.
F.Qurbanov hər zaman ölkəmizdə dahi şairin yubileylərinin yüksək səviyyədə qeyd edildiyini bildirib. O, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 840 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.
Gənclər arasında Nizami yaradıcılığının təbliği və öyrənilməsində festival-müsabiqənin əhəmiyyətini qeyd edən nazir müavini tədbirin türkdilli qardaş ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının əhəmiyyətini qeyd edib, tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirib. Gələcəkdə bu cür birgə festival-müsabiqələrin türk dünyasının digər böyük mütəfəkkir və alimlərinə də həsr olunmasının önəmini qeyd edən səfir qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra müsabiqə qalibləri mükafatlandırılıb. Qaliblər diplom və hədiyyələrlə təltif olunub, türkdilli dövlətlərdən qatılan məktəblilərin mükafatları səfirliklərin nümayəndələrinə təqdim olunub.
Müsabiqə-festival türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistandan ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən 71 qalib müəyyən edilib. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər birinci, 21 nəfər ikinci, 22 nəfər üçüncü və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb.
Tehsil-press.az