İrəvanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.
Nazir Cermukda (İstisu) Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə tanış olub.
“Bu mülki missiya sayəsində Aİ-yə üzv ölkələr üçün faydalı məlumatı yerində əldə etmək mümkündür. Bu, silahlı deyil, müşahidə missiyadır, burada məqsəd vəziyyəti müşahidə etməkdir. İstənilən halda onların mövcudluğu gərginliyi azaltmaq üçün imkan yaradır”, - deyə Kolonna qeyd edib.
Qeyd edək ki, Katrin Kolonna aprelin 27-si Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Tehsil-press.az