SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və “Heydər Əliyev-Dahi şəxsiyyət” filminin nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov elmi konfranslar barədə məlumat verərək bildirib ki, ulu öndərin adı ilə bağlı olan bu elmi konfransları təşkil etmək qürurvericidir: “Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və ulu öndərin 100 illik yubileyi ən yüksək səviyyədə qeyd olunur. SOCAR-ın prezidenti Rövşən Nəcəf buna uyğun olaraq müvafiq Tədbirlər Planı təsdiqləyib. Bu gün Ali Məktəbimizdə keçirilən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransları da bu Plana uyğun olaraq reallaşır”.
Konfransların Azərbaycan elmi üçün böyük töhfə olduğunu qeyd edən rektor bildirib ki, hazırda BANM-in doktorantları, həmçinin bir neçə müəllimi bir vaxtlar bu elmi konfranslarda iştirak edib və artıq beynəlxalq səviyyədə elmi araşdırmalar aparırlar.
Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransları “Neft-qaz geologiyası və mühəndisliyi”, “Rəqəmsal Transformasiya-2023”, “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru: Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər” mövzularını əhatə edir. Bu il konfranslara ümumilikdə 343 tezis qəbul olunub. Onun 184-ü Bakı Ali Neft Məktəbinin tələbə və tədqiqatçıları tərəfindən təqdim edilib.
Konfransa Azərbaycan universitetləri ilə yanaşı, Almaniyanın Ştutqart Universiteti, Çin Xalq Respublikasının Şanxay Jiao Tong Universiteti, İspaniyanın Valyadolid Universiteti, Rusiyanın A.N. Frumkin adına Fiziki Kimya və Elektrokimya İnstitutu, ABŞ-nin Oklahoma Universitetindən də tezislər qəbul olunub.
Tehsil-press.az