“Mürəkkəb hesablama ekosistemləri” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb

“Mürəkkəb hesablama ekosistemləri” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb Azərbaycan-Fransız Universitetinin (UFAZ) ev sahibliyi etdiyi “Mürəkkəb hesablama ekosistemləri” (Complex Computational Ecosystems - CCE23) adlı beynəlxalq elmi konfrans başa çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, UFAZ, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO (UniTwin) ilə birgə təşkil olunmuş tədbirdə Azərbaycanla yanaşı Fransa, Yaponiya, ABŞ, Almaniya və digər ölkələrdən olan alimlərin məruzələri dinlənilib. Konfransa təqdim olunan məqalələrdən 16-sı beynəlxalq elmi məcmu olan “Springer” tərəfindən dərc olunmaq üçün qəbul edilib.
Məruzəçilər arasında UFAZ-ın kompüter elmləri üzrə müəllimləri Ülviyyə Əbdülkərimova, Rauf Fətəli, Samer El Zant və ADNSU-nun alimləri də olub.

Tehsil-press.az

Oxşar xəbərlər