UFAZ: Tələbələrin Fransada yay məktəbi başa çatıb

UFAZ: Tələbələrin Fransada yay məktəbi başa çatıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin Fransanın Strasburq Universitetində iştirak etdikləri yay məktəbi başa çatıb.
Bu il iyulun 3-dən başlanmış yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər, məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxil edilmişdi.
Yay məktəbində UFAZ-ın 46 tələbəsi iştirak edib.

Tehsil-press.az





Oxşar xəbərlər