AzTU-da “Açıq qapı” günü keçirilib

AzTU-da “Açıq qapı” günü keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə tələbələr AzTU-nun laboratoriyaları ilə tanış olub, həmçinin müxtəlif fakültə və kafedraların rəhbər heyəti ilə görüşüblər.
Tələbələrə AzTU-da görülən işlər, həyata keçirilən yeni layihələr, tədris prosesi, beynəlxalq əlaqələr, universitet-sənaye işbirliyi barədə ətraflı məlumat verilib.

Tehsil-press.az




Oxşar xəbərlər