Texniki Universitet “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa başlayır

Texniki Universitet “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa başlayır Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Hədəf Nəşrləri” MMC-nin baş direktoru Şamil Sadiqlə görüşüb.
Görülən işlər barədə qonağa məlumat verən rektor AzTU-nun “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa önəm verdiyini deyib.
Ş.Sadiq I ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər üçün AzTU-da “Açıq qapı” günlərinin təşkili, mühəndislik peşəsinə marağı olan yuxarı sinif şagirdlərin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsini təklif edib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin 10 tədris filialı var. Bu filiallarda I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin AzTU-ya marağı nəzərə alınaraq yaxın günlərdə rektor Vilayət Vəliyevin onlarla onlayn görüşünün təşkil olunması məqsədəuyğun olar.
Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “Hədəf Nəşrləri” MMC arasında əməkdaşlıq müqaviəsi imzalanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər