Azərbaycan Dillər Universitetində (ADU) filologiya elmləri doktoru, professor, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Babayevin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə universitetin rektoru akademik Kamal Abdulla dilçilik, ədəbiyyatşünaslıq, jurnalistika, habelə bədii yaradıcılıqla məşğul olan alimin məhsuldar elmi fəaliyyətindən danışıb: “Adil müəllim uzun illər kafedra müdiri kimi fəaliyyət göstərib, müxtəlif vəzifələrdə çalışıb. O, həmişə kollektivin hörmətini qazanıb. Çünki Adil müəllim öz işini sevən, qayğıkeş və səmimi insandır. Onun işini sevməsi, qayğıkeşliyi, səmimiyyəti bu gün də müəllim və tələbələr üçün nümunədir, örnəkdir”.
Daha sonra Adil Babayevin həyatından bəhs edən videoçarx izlənilib. Onun müəllifi olduğu pyes əsasında hazırlanan tamaşa təqdim olunub. Qeyd olunub ki, alimin indiyədək 20 kitabı, 24 proqramı, 200-ə qədər məqaləsi çap edilib. Ali məktəblər üzrə 4 dərsliyin müəllifi olan Adil Babayev 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olub. Onun Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən fasiləsiz nümayiş olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova yubilyar haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, professor Adil Babayev gənc alimlər üçün elmi təcrübəsini, dərin biliyini heç vaxt əsirgəməyib: “Biz tələbə olanda Adil Babayevin “Dilçiliyə giriş” kitabını oxumuşuq. Bu gün də oxuyuruq. Adil müəllimin imzası publisistikada, poeziyada, dramaturgiyada, elm sahəsində o qədər çoxşaxəlidir ki, bu haqda çox danışmaq olar”.
Digər çıxış edənlər də yubilyarın həyat və elmi fəaliyyətindən danışıblar.
Tehsil-press.az