Azərbaycan Universitetində şair, tərcüməçi və dramaturq Adil Babayevin yaradıcılığına həsr olunmuş "Təzədən doğulur şair ölən gün" adlı ədəbi-bədii tədbir keçirilib. Universitet rəhbərliyi, müəllim-tələbə heyəti və qonaqların iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, xatirələr bölüşülüb.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq Adil Babayevin Azərbaycan ədəbiyyatının “gələcək üçün yazan” görkəmli nümayəndələrindən biri olaraq qalıcı əsərlər yaratdığını vurğulayıb və həyatı haqqında qısa məlumat verib. Kafedra müdiri bildirib ki, atası repressiya illərində “xalq düşməni” kimi güllələnən Adil Babayev atasının adından imtina etməyib.
Kafedranın professoru Asif Hacıyev ədəbiyyatın yalnız əsərlərdən deyil, ədəbi talelərdən də ibarət olduğunu və Adil Babayevin sovet dövrünün paradoks və keşməkeşlərini əks etdirən ömür yaşadığını qeyd edib. Çıxışında şairin yaradıcılığının müxtəlif məqamları haqqında məlumat verən Asif Hacıyev bildirib ki, sonet janrını Azərbaycan ədəbiyyatına daxil edən Adil Babayevin yaradıcılığında həzin romantika ilə yanaşı gerçəklik də var. Atasına görə mənəvi repressiyaya məruz qalıb, sovet ideologiyasına və konyukturaya uyğun əsərlər ortaya qoymayıb. Məhz buna görə ədəbi mühitdə adı çox hallanmasa da, dəyərli irsə sahibdir. Məşhur mahnıların müəllifi olan, nəğmələri dillərdə yaşayan Adil Babayev peşəkar tərcüməçiliklə də məşğul olub, əsərləri teatrlarda tamaşaya qoyulub, kitablarına böyük sənətkarlar tərəfindən rəylər yazılıb.
Şair Vahid Əziz Adil Babayev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun yüksək mənəvi keyfiyyətləri haqqında danışıb.
Adil Babayevin oğlu, tanınmış telejurnalist Etibar Babayev qeyd edib ki, atasının çoxşaxəli yaradıcılığının hər sahəsi tədqiqat obyekti olub, ciddi araşdırmalar aparılıb. 3 dissertasiya yazılıb, 4 monoqrafiya hazırlanıb, vəfatından sonra çoxsaylı yaradıcılıq gecələri təşkil olunub. Atası haqqında səsləndirilən xoş fikirlərə təşəkkür edən Etibar Babayev tədbir iştirakçılarına atasından ona qalan gündəlik barədə məlumat verib. Atasının adının Bakı, Gəncə və Naxçıvanda əbədiləşdirildiyini vurğulayan telejurnalist Azərbaycan dövlətinə təşəkkür edib.
Sonda şairin həyat və yaradıcılığından bəhs edən “Ata olsam belə, Ata istərəm” adlı film nümayiş olunub. Film şairin şeirləri və onlara bəstələnən mahnılarla müşayiət olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi