Hindistanın Kerala ştatında 6 nəfəri öldürən fil meşə xidmətinin əməkdaşları tərəfindən sakitləşdirici güllə vasitəsilə sakitləşdirilərək, xüsusi qoruğa nəql edilib.
Arikomban adlı erkək fil düyü və taxıl dükanlarına basqın edərək 6 nəfəri öldürüb. Onun axtarışına çıxan meşə xidmətinin 150 nəfər əməkdaşı nəhayət aprelin 29-da “cinayətkarı”n yerini müəyyən ediblər. Arikomban 5 sakitləşdirici güllədən sonra da meşə xidmətinin əməkdaşlarına müqavimət göstərib. Meşə xidmətinin işçiləri Arikombanın ayaqlarını kəndirlə bağladıqdan, gözlərini isə parça ilə örtdükdən sonra xüsusi təlim keçmiş digər 4 filin köməyi ilə onu dartıb yük avtomobilinə salıblar. Arikomban boynuna GPS-lə təchiz olunan boyunbağı taxıldıqdan sonra meşə heyvanlarının olduğu qoruğa buraxılıb.
Qeyd edək ki, bu, təxminən 30 yaşı olan Arikombanın saxlanılması üçün ilk əməliyyat deyil. Hələ 2017-ci ildə meşə xidmətinin əməkdaşları onu sakitləşdirici güllə ilə vursalar da, Arikomban aradan çıxmağa nail olmuşdu. Keçən ay məmurlar onun düyü və taxıl asılılığını nəzərə alaraq, fili cəlb etmək üçün saxta ərzaq mağazası qursalar da, məhkəmə bu planı dayandırmışdı.
Ekspertlər Hindistanın bəzi yerlərində insan və heyvan qarşıdurmalarının artmasının əsas səbəbinin meşələr və vəhşi təbiət dəhlizləri ətrafında insanların məskunlaşmasının olduğunu düşünür.
Hökumət qurumları Asiya fillərinin 60 faizdən çoxun Hindistanda yaşadığını bildirir. 2017-ci ildə aparılmış hesabalamalara əsasən Hindistanda 29 min 964 fil var.
Tehsil-press.az