Pedaqoji Kollecdə Ulu Öndərə həsr olunmuş tədbir

Pedaqoji Kollecdə Ulu Öndərə həsr olunmuş tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Heydər Əliyev İli” çərçivəsində “Can Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında tarixi xidmətlərindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən, ölkəmizdə qazanılan uğurlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər