Pedaqoji Universitetdə tədbir: Gəncliyim gözümdə canlandı mənim

Pedaqoji Universitetdə tədbir: Gəncliyim gözümdə canlandı mənim Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü ilə görkəmli ictimai xadim, şair, dramaturq, nasir, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Hidayət Orucovun yaradıcılığına həsr olunmuş “Gəncliyim gözümdə canlandı mənim” adlı tədbir keçirilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov Hidayət Orucovun səmərəli fəaliyyətindən, ədəbi-bədii yaradıcılığından söz açıb, onun “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı” və digər əsərlərinin əhəmiyyətini vurğulayıb.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Yaqub Babayev çıxış ediblər. Çıxışlarda Hidayət Orucovun ədəbiyyatımıza dəyərli töhfələr verdiyi vurğulanıb.
Tədbir Filologiya fakültəsi “Meh” ədəbi dərnəyinin üzvləri tərəfindən davam etdirilib. Tələbələr şairin şeirlərini söyləyib, sənətkarın pyeslərindən səhnələr nümayiş etdiriblər.
Hidayət Orucov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb.
Tələbələrə tövsiyələrini verən H.Orucov onları təhsildə nailiyyətlər qazanmağa, vətənpərvər olmağa, Vətənə həmişə ləyaqətlə xidmət etməyə çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər