ADU-da "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabı təqdim olunub

ADU-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasovun tərtib etdiyi "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabının təqdimatı keçirilib.
Konfutsi İnstitutu tərəfindən nəşr olunan kitabın təqdimatında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Din Tao, səfirliyin nümayəndələri və universitetin əməkdaşları, tələbələr iştirak ediblər.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Çin Xalq Respublikası ilə uğurlu diplomatik əlaqələr yaratmışdı. Bugünkü geniş əlaqələrin əsası məhz 1994-cü ildə Ulu Öndərin Çinə olan tarixi səfəri zamanı qoyulmuşdu.
ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çap olunmasını yüksək qiymətləndirib. Bildirib ki, ADU ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur.
Bildirilib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş kitabda səfərin xronologiyası, Heydər Əliyevin Çinin liderləri və dövlət xadimləri ilə görüşləri və danışıqları, mətbuat konfranslarındakı çıxışları, səfər ərəfəsində imzalanan ikitərəfli müqavilələrin mətnləri barədə məlumat verilib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Ulu Öndərin hakimiyyətə qayıdışının tarixindən, Azərbaycanın xarici siyasətindən və Azərbaycan-Çin əlaqələrindən danışıb. O, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin əhəmiyyətini qeyd edib, beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz siyasətindən bəhs edib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Samirə İmanova və Namiq Əsədov kitabın əhəmiyyətindən danışıblar.
Tədbirdə, həmçinin Ulu Öndərin 1994-cü ildə Çinə səfərini əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər