Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq təşkilatların tarixi” mövzusunda təlim keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə THİK sədri İbrahim Özsoy xarici siyasətdə beynəlxalq təşkilatlarla münasibətlərin yüksək səviyyədə qurulmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
BDU-nun THİK sədri Hacıbaba Mustafayev beynəlxalq təşkilatların tarixi haqqında ümumi məlumat verib, onların müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu diqqətə çatdırıb.
Tədbirdə, eyni zamanda, Azərbaycanın son illərdə beynəlxalq müstəvidə artan nüfuzu, müxtəlif beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı ilə bağlı məlumat verilib.
Qeyd olunub ki, əsasında milli maraqların qorunması dayanan xarici siyasət kursunun formalaşması və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasət sayəsində milli maraqlarımız hər zaman təmin olunur.
Tehsil-press.az