Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür” mövzusunda konfrans keçirilib.
Əvvəlcə universitetin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.
Tədbirdə ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması haqqında Sərəncamına uyğun olaraq, mərkəz tərəfindən birinci tədris ili tələbələri üçün "Heydər Əliyev dərsləri" keçirilir, Ulu Öndərə həsr olunmuş müxtəlif konfrans və seminarlar təşkil olunur.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, fenomenal şəxsiyyət Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində yetirdiyi ən parlaq simalardan biridir. Dərin zəkası, geniş dünyagörüşü, qeyri-adi hafizəsi, analitik təfəkkürü, mükəmməl natiqlik qabiliyyəti və dövlət idarəçilik təcrübəsi sayəsində Ulu Öndər dünyanın ən tanınmış dövlət başçılarından biri olub. ABŞ-ın sabiq Prezidenti Corc Buş onu “Cənubi Qafqazda ən əsas şəxsiyyət”, Rusiya Prezidenti Vladimir Putin “siyasət nəhəngi”, Türkiyənin Baş naziri olmuş Bülent Ecevit “min ildə bir dəfə yetişən dahi” adlandırırdı.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq rolunu vurğulayan C.Cəfərov Ümummilli Liderin siyasəti nəticəsində Azərbaycanın böyük inkişaf yoluna çıxdığını, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu deyib.
Rektor Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib.
Tarix elmləri doktoru, professor Xaqani Məmmədov “Azərbaycan tarixinin Heydər Əliyev dövrü", Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda təhsilin inkişafı”, ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında məruzələr ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sənədli film göstərilib. Dahi rəhbər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.
Tehsil-press.az