ADPU-da kitab təqdimatı: Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası

ADPU-da kitab təqdimatı: Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nəşr edilmiş “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabının təqdimat mərasimi olub.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən danışıb.
Rektor təqdim olunan “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabının əhəmiyyətini vurğulayıb, onun nəsillərə layiqli töhfə olduğunu söyləyib.
Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti Həmzə Əliyev məruzə ilə çıxış ediblər.
Sonra iştirakçılara “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabı, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Linqvistika problemləri” jurnalı və “Filologiya” qəzetinin xüsusi buraxılışı hədiyyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər