Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycanda elmi-tərəqqi” mövzusunda tədbir keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev elmin, təhsilin inkişafına daim xüsusi önəm verib, dahi rəhbərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov mühazirəsində bildirilib ki, Ulu Öndər Heydər Əliyev elm və təhsil sahəsinə böyük diqqət və qayğı göstərib, bu sahə ilə bağlı mühüm sənədlər imzalayıb. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda yeni elm və təhsil müəssisələri yaradılıb, bu sahələrdə çox mühüm nailiyyətlər əldə olunub. Azərbaycanlı gənclərin respublikamızda və digər ölkələrdə təhsil alması üçün geniş imkanlar yaradılıb.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev siyasi irsinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini vurğulayıblar.
Tehsil-press.az