Hacıqabulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş məktəblilər arasında mini futbol turnirinə yekun vurulub.
Yarış keçmiş deputat, ulu öndərin sadiq silahdaşlarından olan Səmayə Piriyevanın təşkilatçılığı, Hacıqabul Rayon Gənclər və İdman İdarəsi, YAP Hacıqabul rayon təşkilatı, Şirvan-Salyan Regional Təhsil İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin dəstəyi ilə keçirilib.
"Xatirə Kuboku"nun final oyunundan əvvəl tədbirin rəsmi hissəsi baş tutub.
Tədbiri giriş sözü ilə açan Səmayə Piriyeva ümummilli lider ilə bağlı xatirələrindən, ulu öndərin gənclərə və idmana diqqətindən danışıb: "Rayonda böyüyən bir qız olaraq bu günlərə gəlib çıxmağımda ulu öndərə borcluyam. Heydər Əliyev dahi şəxsiyyət olaraq insanları tanımaqda usta idi. Ölənə qədər ona borcumu ödəyə bilməyəcəyəm. Ümummilli lider hər zaman potensiallı gəncləri önə çəkib, onların xəyallarına çatmasında yardımçı olub".
Sonra final oyununa start verilib. Turnir ərzində daha yaxşı çıxış edən Atbulaq və Nəvahi kənd tam orta məktəblərinin komandaları finalda qarşılaşıb. Gərgin keçən mübarizənin qalibi "Atbulaq" komandası olub.
Qalib və mükafatçılara kubok, diplom və medallar verilib. Aprelin 13-dən start götürən turnirdə ümumilikdə 24 ümumtəhsil məktəbinin komandası yarışıb.
Qeyd edək ki, yarışın keçirildiyi stadion Səmayə Piriyeva tərəfindən xeyriyyə məqsədilə tikilərək istifadəyə verilib. Stadionda 5 yaş qrupu üzrə futbolçular hazırlıq keçir. Burada iki mini stadion, bir basketbol və 1 voleybol meydançasından başqa, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman qurğuları da quraşdırılıb.
Tehsil-press.az