“Fizikanın problemləri” mövzusunda konfrans keçiriləcək

“Fizikanın problemləri” mövzusunda konfrans keçiriləcək Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elmi uranın növbəti iclası keçirilib.
İclası açan Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) birinci vitse-prezident vəzifəsini icra edən, institutun baş direktoru akademik Arif Həşimov institutun Elmi Şurasının qərarına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Fizikanın problemləri” mövzusunda konfrans keçiriləcəyini söyləyib.
Feromaqnit maddələrin rezonans spektroskopiyası laboratoriyasının rəhbəri fizika-riyaziyyat elmləri doktoru Tələt Mehdiyev konfransa hazırlıq haqqında məlumat verib.
Tədbirin davamında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadada medallar qazanmış Fizika İnstitutunun əməkdaşları mükafatlandırılıblar. İlk olaraq AMEA Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin üzvü, İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Spartakiada AMEA AHİ-nin təşkilatçılığı ilə idmanın 3 növü üzrə (şahmat, stolüstü tennis, futbol) təşkil olunub. O, Fizika İnstitutunun medal sayına görə birinci yerdə qərarlaşdığını qeyd edib.
Daha sonra AMEA AHİ-nin müəyyənləşdirdiyi pul mükafatları qaliblərə təqdim olunub.
Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub. Həmçinin Xəzər Universitetinin doktorantı Babək Emdadinin “Kvant nöqtələrin sintezi və günəş elementlərində tətbiqi” mövzusunda məruzəsi dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər