Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Əvvəlcə sentyabrın 12-13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AMEA-nın prezidenti vəzifəsini icra edən, institutun baş direktoru akademik Arif Həşimov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.
İclasda aparıcı elmi işçi Rəhim Ələkbərovun Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası laboratoriyasının və aparıcı elmi işçi Afin Nəzərovun Epitaksial təbəqələr və strukturlar laboratoriyasının rəhbəri təyin edilmələri haqqında məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.
Daha sonra müəssisənin elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun 85, Yüksək gərginliklər fizikası və teхnikası laboratoriyasının aparıcı elmi işçiləri, texnika elmləri doktoru Nəriman Rəhmanovun və fizika üzrə fəlsəfə doktoru, dosent Kamil Qurbanovun 80 illik yubileyləri ilə əlaqədar akademik Arif Həşimov tərəfindən məlumat verilib və o, yubilyarları təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Eyni zamanda, elmi şurada bir sıra cari məsələlər müzakirə olunub, onların həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər