Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq məsələləri üzrə komissiyanın ilk iclası keçirilib

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq məsələləri üzrə komissiyanın ilk iclası keçirilib AMEA-nın Fizika İnstitutunda Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə əməkdaşlıq məsələləri üzrə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin nəzdində yaradılmış komissiyanın birinci iclası keçirilib.
AMEA-nın akademik-katibi, akademik Adil Qəribovun sədrliyi ilə keçirilmiş iclasda Fizika İnstitutunun baş direktoru, BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, akademik Arif Həşimov, Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının professoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru, fizika elmləri doktoru Mais Süleymanov, İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov iştirak ediblər.
BNTİ-də Azərbaycan qrupunun rəhbəri vəzifəsini icra edən Nazim Hüseynov iclasdakı çıxışında Dubnada aparılan işlərin qısa xülasəsini təqdim edib, əməkdaşlıq haqqında məlumat verib.
İclasda komissiya qarşısında qoyulan suallar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Komissiyanın növbəti iclasının aprel ayında keçirilməsi planlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər