Bakı Slavyan Universitetində (BSU) Humanitar və sosial elmlər fakültəsi, Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyası və Diplomatiya və xarici siyasət kafedrasının birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.
Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyasının müdiri dosent Sadir Məmmədov elmi seminarın “Heydər Əliyev İli” çərçivəsində təşkil olunduğunu deyib.
Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Sevda Axundova Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə respublikanın hər guşəsində olduğu kimi, BSU-da da silsilə tədbirlərin keçirildiyini xatırladıb. O, Ümummilli Liderin çoxşaxəli fəaliyyətində ərazi bütövlüyü strategiyasının mühüm yer tutduğunu qeyd edib.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri dosent Əsgər Əhməd “Heydər Əliyev və Qarabağ probleminin həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin Qarabağ siyasətinin spesifik xüsusiyyətlərindən söz açıb, bu istiqamətdə gördüyü işlərdən bəhs edib.
Elmi seminarda çıxış edən kafedranın əməkdaşları dosent Şirinbəy Əliyev, baş müəllimlər Elçin Mehdi və Mahirə Əzizova böyük şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin fəaliyyətini bir daha vurğulayıb, Ulu Öndərin ölkəmizin rifahı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdırıblar.
Tehsil-press.az