“Heydər Əliyev: Azərbaycanın gənc istedadlarına dövlət qayğısı” mövzusunda seminar keçirilib

“Heydər Əliyev: Azərbaycanın gənc istedadlarına dövlət qayğısı” mövzusunda seminar keçirilib UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanın gənc istedadlarına dövlət qayğısı” mövzusunda seminar keçirilib.
Seminarı fakültənin dekanı dosent Elman Cəfərov açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb, müasir gəncliyin Ulu Öndərin siyasi irsini öyrənməsinin və gələcək nəsillərə ötürməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin komitə sədri Sadiq Qurbanov, UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından, gənclərə olan diqqət və qayğısından danışıblar.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər