Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ulu Öndərin Naxçıvanda fəaliyyət dövrü” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən fakültənin dekanı professor İbrahim Kazımbəyli həmin dövrdə ağır şəraitdə yaşayan Naxçıvanın blokadadan çıxarılmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Elmi işlər üzrə prorektor Novruz Məmmədov Heydər Əliyevin Naxçıvanda yaşıllıq və su probleminin həlli istiqamətində gördüyü işlərdən bəhs edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev “Müstəqilliyə gedən yolun başlanğıcı (1990-1993-cü illər)” mövzusunda, həmin kafedranın müəllimi Reyhan Abbasova isə “Heydər Əliyevin Ümid körpüsü layihəsi” mövzusunda çıxış ediblər.
Kafedranın dosenti Namiq Kərimov qeyd edib ki, ermənilər vaxtilə Naxçıvanı susuz qoymaqla əhalinin buradan köçməsini reallaşdırmaq istəyirdilər. Heydər Əliyevin gördüyü tədbirlər sayəsində bunun qarşısı alındı.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tehsil-press.az