“Ulu Öndərin yaşayan və yaşadan ideyaları” mövzusunda dəyirmi masa

“Ulu Öndərin yaşayan və yaşadan ideyaları” mövzusunda dəyirmi masa Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndərin yaşayan və yaşadan ideyaları” mövzusunda dəyirmi masa keçirilib.
Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov bu mövzuda tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, magistrantlara minnətdarlığını bildirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub. Fakültənin II kurs magistrantları - Xəyalə Hüseynova “Heydər Əliyev təhsilimizin qurucusudur”, Arzu Ərzumanlı “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr”, Səbinə Aslanova “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzularında məruzələri dinlənilib. Məruzəçilər Ulu Öndərin dil, təhsil və ədəbiyyatın inkişafı ilə bağlı xidmətləri barədə məlumat veriblər.
Fakültənin dekanı professor Şahin Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin, dilinin və ədəbiyyatının inkişafında əvəzedilməz rolunun olduğunu qeyd edib.
Sonda magistrant Sevinc Məmmədova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini söyləyib.

Tehsil-press.az


Oxşar xəbərlər