ADMİU-nun tələbələri beynəlxalq musiqi festivalında uğurla iştirak ediblər

ADMİU-nun tələbələri beynəlxalq musiqi festivalında uğurla iştirak ediblər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi, İnstrumental ifaçılıq kafedrasının tələbələri Moskvada beynəlxalq musiqi festivalında iştirak ediblər.
Moskva İncəsənət Məktəbi, Təhsil Proqramları Müdirliyi və A.M.İvanov Kramskoy adına musiqi məktəbinin birgə təşkil etdiyi VI Beynəlxalq müsabiqə festivalına qatılan tələbələr gitara ifaçıları, “Sehrli simlər” ansamblının üzvləri Zaur Məmmədov, Raul Hüseynov və Tunar Vəlizadə ali təhsil müəssisələri arasında keçirilən müsabiqədə uğurla çıxış ediblər. Müsabiqədə iştirak edən ifaçı-tələbələr “Kamera ansamblı” (“Sehrli simlər” ansamblı üzvləri) nominasiyası üzrə I dərəcəli laureat, “Solo ifaçı” (Zaur Məmmədov) nominasiyası üzrə II dərəcəli laureat və “Solo ifaçı”( Raul Hüseynov) nominasiyası üzrə III dərəcəli laureat yerlərinə layiq görülüb, hədiyyələrlə mükafatlandırılıblar.

Tehsil-press.az


Oxşar xəbərlər