Humanitar Kollecdə klassik gitara musiqisinə həsr edilən konsert təşkil olunub

Humanitar Kollecdə klassik gitara musiqisinə həsr edilən konsert təşkil olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə klassik gitara musiqisinə həsr edilən konsert təşkil olunub.
Konsertdə universitetin Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının gitara müəllimi Elmar Sultanovun bədii rəhbəri olduğu “Sehrli simlər” ansamblı çıxış edib.
Tədbirin açılışında kollecin direktoru dosent Nərmin Qaralova Elmar Sultanovun pedaqoji və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Həmçinin Azərbaycanda ali təhsil müəssisələri arasında gitara ixtisasının yalnız ADMİU-da tədris olunduğunu xüsusilə qeyd edib.
Elmar Sultanov gitara alətinin tarixindən danışıb, onun akademik musiqi aləti olduğunu vurğulayıb və ifa olunacaq əsərlər haqqında məlumat verib.
Konsertin birinci hissəsində I kurs magistrantı Zaur Məmmədov, II kurs bakalavr tələbəsi Raul Hüseynov və I kurs bakalavr tələbəsi Tunar Vəlizadə trio gitara üçün işləmələr ifa ediblər. İkinci hissədə isə I kurs magistr Zaur Məmmədovun solo çıxışı dinlənilib.
Sonda ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri Cəmalə Nəsirova və Elmar Sultanov belə konsertlərin gənc nəslin zövqünün formalaşmasında əhəmiyyətini vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər