Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin növbəti uğuru

Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin növbəti uğuru Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta məktəbinin IX sinif şagirdləri - Liana Bernadina və Leyla Dəmirova Rusiyanın Sankt-Peterburq şəhərində dahi rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının beynəlxalq konsert müsabiqəsi”ndə iştirak ediblər. Şagirdləri BXA-nın müəllimi Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya müşayiət edib.
Müsabiqədə Liana Bernadina “Armida Pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”, Leyla Dəmirova isə “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasiyalar ifa edib. Leyla Dəmirova möhtəşəm çıxışına görə 107 ifaçı və 215 rəqs arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.
Layihə böyük rus balerinası Anna Pavlovanın doğum gününə təsadüf etdiyinə görə, mükafatlandırma balerinanın ev-muzeyində keçirilib.
Qeyd edək ki, müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, ən istedadlı rəqqasları üzə çıxarmaq, dəstəkləmək, o cümlədən yaradıcılıq əlaqələri yaratmaqdan ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər