Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Torpağın su ehtiyatlarının və atmosferin ekoloji qiymətləndirilməsinin tədqiqatları” mövzusunda konfrans və sərgi keçirilib.
Ekologiya kafedrasının, Milli Aerokosmik Agentliyinin, Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dəstəyi ilə reallaşan tədbirdə tələbələrlə yanaşı, Bakı, Sumqayıt, Xaçmaz, Şamaxı, Cəlilabad, Kürdəmir, Ucar və Ağdamdan ümumilikdə 46 məktəbli və 25 müəllim iştirak edib.
Çıxışında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan universitetin rektoru professor Gülçöhrə Məmmədova qeyd edib ki, Ümummilli Liderin ölkəmizin ekologiyasının, ətraf mühitinin qorunmasında da böyük xidmətləri var. Ümummilli Liderin dövründə qəbul edilən ekoloji tarazlıq prinsiplərinin uğurla davam etdirildiyini diqqətə çatdıran rektor ölkəmizin ekoloji tarazlığının qorunması, ekologiya üzrə yüksəkixtisaslı kadr potensialının daha da artırılması baxımından bu cür tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, AzMİU, xüsusilə universitetin Ekologiya kafedrası ilə Milli Aerokosmik Agentliyinin əməkdaşlığından danışıb və məmnunluğunu ifadə edib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev çıxışında şagirdlərdə ekoloji məsələlərə maraq yaratmağa xidmət edən konfrans-sərginin işini yüksək qiymətləndirib.
Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev konfransın elmi-kütləvi əhəmiyyətinə diqqət çəkib və sərginin tələbə və şagirdlərdə praktik vərdişlər, komanda şəkilində işləmək bacarığı formalaşdırdığını qeyd edib.
Sonra müəllim, tələbə və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə su ehtiyatları və atmosferə, ümumilikdə ekologiyaya aid maketlər, layihələr və prototiplər nümayiş olunub.
Konfransın sonunda məktəblilərin AzMİU-ya ekskursiyası təşkil olunub və iştirakçılara sertifikatlar təqdim edilib.
Tehsil-press.az