Qazaxıstan Prezidentinin Çinə səfəri başlayıb

Qazaxıstan Prezidentinin Çinə səfəri başlayıb Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri başlayıb.
Səfərin məqsədi Sian şəhərində Çin və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Zirvə görüşündə iştirakdır. Çin lideri Si Cinpinin sədrlik edəcəyi Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmonun da iştirakı gözlənilir.
Qeyd edək ki, mayın 18-19-da Sian şəhərində Çin-Mərkəzi Asiya formatında dövlət başçılarının ilk Zirvə görüşü keçiriləcək. Apreldə Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin görüşü olub.
Ötən il Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 faiz artaraq 70 milyard ABŞ dollarını təşkil edib. Çin hazırda Özbəkistanın, Qırğız Respublikasının və Türkmənistanın ən iri, Qazaxıstanın ikinci, Tacikistanın isə üçüncü ən iri ticarət tərəfdaşıdır.

Tehsil-press.az



Oxşar xəbərlər