BDU Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş təhsil festivalında təmsil olunur

BDU Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş təhsil festivalında təmsil olunur Bakı Dövlət Universiteti (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş təhsil festivalında təmsil olunur.
Festival Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunub.
Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri, regional təhsil idarələri, ali və peşə təhsili müəssisələri, nəşriyyatlar, regional mədəniyyət idarələri, özəl sektor və s. arasında regionda əməkdaşlıq platformasının yaradılması məqsədilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, müvafiq qurumların nümayəndələri, nəşriyyat rəhbərləri iştirak edirlər.
BDU festivalda son illərdə qazandığı təhsil-elm nailiyyətləri ilə təmsil olunur. BDU-nun stendində universitetin “TEKNOFEST-2023” festivalında qalib gəlmiş ixtiraları, son illərdə nəşr edilmiş dərsliklər, elmi məqalə topluları, “Celestron - Schmidt Cassegrain” teleskopu nümayiş etdirilir.
Eyni zamanda, festivalda 3D printer vasitəsilə BDU Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin heyəti tərəfindən dizayn edilmiş Dəmir Yumruq modelinin, teleskop vasitəsilə Günəş üzərində olan ləkələrin təqdimatı həyata keçirilib.
BDU-nun stendi ilə tanış olan elm və təhsil naziri Emin Əmrullayev universitetin “TEKNOFEST” komandalarını bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər