Emin Əmrulayev: Peşə təhsili sahəsində aparılan işlərin bəhrəsini görmək qürurverici oldu

Emin Əmrulayev: Peşə təhsili sahəsində aparılan işlərin bəhrəsini görmək qürurverici oldu “TEKNOFEST”də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək.
Bu sözləri təhsil naziri Emin Əmrullayev öz tviter hesabında paylaşıb.
“Qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması məni çox sevindirdi. Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”, - deyə nazir qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər