Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” mövzusunda 15-ci bölməsi Bakı Slavyan Universiteti (BSU), Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bölmə iclası BSU-nun rektoru Anar Nağıyev, LDU-nun rektoru Natiq İbrahimov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun rəhbərliyi ilə keçirilib. Rektor Anar Nağıyev çıxışında BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransda LDU-nun, eləcə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının xüsusi aktivliyinə görə bölmə iclasının məhz Lənkəranda keçirildiyini bildirib. Rektor məhz XX əsrin 70-ci illərinin başlanğıcında, Sovet İttifaqının inkişaf etdiyi dövrlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmasının təkcə öz xalqına olan sevgisi deyil, həm də böyük uzaqgörənlik missiyası olduğunu deyib. O, LDU-da keçirilən regional konfransın əsas hədəfinin Ümummilli Liderin Azərbaycan təhsilinin, xüsusən regionlarda təhsilin inkişafındakı misilsiz rolunun öyrənilməsindən ibarət olduğunu vurğulayıb.
Tədbirdə BSU-nun tədris işləri üzrə prorektoru dosent Ənvər Abbasov, Pedaqogika və psixologiya kafedrasının müdiri professor Piralı Əliyev, LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı professor Yədulla Ağazadə, beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru dosent Zaur Məmmədov, Pedaqogika, Psixologiya və incəsənət kafedrasının baş müəllimi Nahidə Cəfərova, Lənkəran-Astara Regional İdarəsinin əməkdaşları İlham Əhmədov və İlhamə Muradova çıxış ediblər.
Sonda LDU və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən ənənəvi keçirilən regional fənn olimpiadasının qalibləri, həmçinin beynəlxalq konfransda fəal iştirak edənlər mükafatlandırılıb.
Xatırladaq ki, mayın 4-5-də Bakı Slavyan Universitetində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində Lənkəran Dövlət Universitetində regional bölmənin, həmçinin Türkiyə və ya Gürcüstan universitetlərinin birində beynəlxalq bölmənin keçirilməsi nəzərdə tutulmuşdu.
Tehsil-press.az